“Beşiktaş” PSJ-nin qapıçısını transfer etmək istəyir
02:00 24-07-2021 414
Son olaraq “Milan”dan ayrılan Cianluici Donnarumma ilə müqavilə imzalayan PSJ heyətindəki doqquz qapıçıdan bəziləri ilə yolları ayırmağı planlaşdırır.
“Lequipe”in məlumatına görə, qapıçılardan biri Serxio Riko Türkiyəyə transfer ola bilər.
Belə ki, 27 yaşlı qapıçı ilə “Beşiktaş” klubu maraqlanır. Futbolçu ilə klub arasında təmasların davam etdiyi qeyd olunur.