“Yuventus” Ronaldunu İkardi ilə dəyişməyə çalışacaq

04:20 24-07-2021 502

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu klubundan ayrıla bilər.

Bu barədə “Corriere dello Sport” məlumat yayıb.

Nəşr qeyd edir ki, Kilian Mbappe “Real”a keçəcəyi halda Ronaldu PSJ-yə yollana bilər.

Portuqaliyalı PSJ prezidenti Naser əl-Xelayfinin bu işdə fəallıq göstərməsini gözləyir. Bu razılaşma çərçivəsində “Yuventus” Ronaldunu Mauro İkardi ilə dəyişməyə çalışacaq.