Bakıda 22 yaşlı piyadanı maşın vurdu - VİDEO

10:36 20-03-2019 10

Gecə Abşeron rayonunun Məhəmmədli qəsəbəsində piyadanı maşın vurub. 

HerGun.Az-ın məlumatına görə, “Mercedes” markalı, 10 OX 493 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən piyada 1997-ci il təvəllüdlü Abbasov Səhman Rəhman oğlunu vurub.

Yaralı Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanaya çatdırılıb. S. Abbasova sağ baldır sümüklərinin qırılması diaqnozu qoyulub. Vəziyyəti orta ağırdır. 

Faktla bağlı araşdırma aparılır. 

Elvin Nüsrətoğlu, Elşad Mətləboğlu