Luka Modriç: Azərbaycan çox təhlükəli komandadır

21:45 20-03-2019 15

Azərbaycan millisi çox təhlükəli komandadır. Bu seçmə mərhləsinin əvvəlidir. Bizim üçün yaxşı start götürmək vacibdir.

HerGun.Az-ın məlumatına görə, bunu Xorvatiya millisinin futbolçusu Luka Modriç deyib.

“Mən Azərbaycanla oyunu xatırlayıram. Onlar sona qədər mübarizə aparırdılar. Sabah azarkeşlərimiz sevindirməyə çalışacağıq”, - deyə o sözlərinə əlavə edib.

Öz növbəsində Xorvatiya millisinin baş məşqçisi qeyd edib ki, rəqibə hörmətlə yanaşırlar.

“Bizə asan rəqib düşməyib. Azərbaycan millisinə Nikola Yurçeviç rəhbərlik edir. O komandanı yaxşı tanıyır və bizə çətinliklər yaradacaq. Hazırlıq üçün az vaxtımız olub. Favorit olduğumuzu bilirik, ancaq diqqətli və səbrli olmalıyıq, - deyə o bildirib”.

Qeyd edək ki, millimizin Xorvatiya ilə görüşü martın 21-də yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə 23:45) başlayacaq.