Özbəkistanlı Olimpiya rekordçusu karyerasını başa vurdu

02:40 26-07-2021 467

1992-ci ildə gimnastika üzrə komanda yarışlarında Olimpiya çempionu olmuş Oksana Çusovitina karyerasını başa vurduğunu açıqlayıb.

Rusiya mətbuatının məlumatın görə, üçqat dünya çempionu Tokio Olimpiadasında yarışların təsnifat mərhələsindəki çıxışından sonra bu qərara gəlib.

Qeyd edək ki, 46 yaşlı idmançı indiyədək 8 Olimpiadaya qatılıb ki, bu da gimnastlar arasında rekord nəticədir.