Tokio-2020: Rüstəm Orucov yenə yapon rəqibinə uduzdu - YENİLƏNİR + FOTO

09:40 26-07-2021 375

Rüstəm Orucov 1/4 finalda Şohei Onoya uduzub. O, ippona düşərək beş il əvvəlki Olimpiadanın qisasını ala bilməyib.

Ancaq idmançımızın bürünc medal qazanmaq şansı hələ qalır. O, təsəlliverici yarışa qatılacaq. Rüstəmin ilk rəqibi Akil Qyakova (Kosovo) olacaq.

08:51

Rüstəm Orucovun 1/4 finaldakı rəqibi müəyyənləşib. Bu, cüdonun və hazırkı Olimpiadanın vətəni sayılan Yaponiya idmançısı Şohei Onodur.

HerGun.Az xəbər verir ki, Rüstəm Olimpiya və altıqat dünya çempionu olan Ono ilə artıq beş il əvvəl qarşılaşıb. Tərəflər Rio Olimpiadasının finalında üz-üzə gəlmiş və Ono qalib gəlmişdi.

08:18

Tokio Olimpiadasında Azərbaycanın kişi bayraqdarı Rüstəm Orucov 1/4 finala yüksəlib.

HerGun.Az-ın xəbərinə görə, Rio Olimpiadasının finalçısı 1/16 finalda Musa Moquşkova (Rusiya) qalib gəlib.

Daha sonra Rüstəm Saman Maxmadbəyovu (Tacikistan) məğlub edib.

Rüstəm Orucovun 1/4 finaldakı rəqibi Bilal Çiloğlu (Türkiyə) – Şohei Ono (Yaponiya) cütünün qalibi olacaq.

Səbuhi Musayev