Azərbaycanın 21-ci idmançısı Olimpiadanı medalsız başa vurdu - FOTO
08:40 29-07-2021 794
Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+91 kq) Tokio Olimpiadasında çıxışını başa vurub.
HerGun.Az xəbər verir ki, o, 1/8 finalda dünya və üçqat Avropa çempionu Baxodir Cəlalovla (Özbəkistan) qarşılaşıb.
Döyüş rəqibin 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesablı qələbəsi ilə başa çatıb.
Bununla da Azərbaycanın 3-cü boksçusu, ümumilikdə isə 21-ci idmançımız Olimpiadanı medalsız başa vurub.
Səbuhi Musayev