Rusiyada Su-35 qırıcısı qəzaya uğrayıb

04:00 01-08-2021 48

Rusiyanın çoxməqsədli yüksək manevr qabiliyyətli Su-35 qırıcısı qəzaya uğrayıb.

Bu barədə “112”  “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, təyyarə Xabarovsk diyarında Dzemqi aeroportundan havaya qalxıb. Uçuşun başlamasından 4 dəqiqə sonra pilot katapult edib, təyyarə isə Saxalinə doğru hərəkət etməyə davam edib. Daha sonra Su-35 Oxot dənizi akvatoriyasında qəzaya uğrayıb.

Hadisə nəticəsində dağıntılar qeydə alınmayıb, xəsarət alan yoxdur.