Abşeronda avtomobil qadını vurub

02:00 05-08-2021 75

Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Saray qəsəbəsi yaxınlığında qeydə alınıb. Belə ki, 1971-ci il təvəllüdlü Nəsirova Süsən Məmməd qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ budun əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.