AEL - "Qarabağ" oyunu başlayıb - YENİLƏNİR

22:00 05-08-2021 380

AEL (Kipr) – “Qarabağ” matçının birinci hissəsi başa çatıb. Komandalar fasiləyə yollanıb. 

Oyunda hesab açılmayıb - 0:0

21:17

Matç başladı.

11:04

“Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirəcək.

HerGun.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının vitse-çempionunun III təsnifat mərhələsindəki rəqibi Kiprin altıqat çempionu, yeddi dəfə Kubokun qalibi AEL-dir.

Qurban Qurbanovun yetirmələri Kiprdə AEL-in qonağı olacaq. AEL Limassol şəhərini təmsil etsə də, görüş Larnaka şəhərində keçiriləcək.

Xatırladaq ki, bu cütün qalibi pley-offda “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) duelinin qalibi ilə qarşılaşacaq.

Avropa Konfrans Liqası

III təsnifat mərhələsi (ilk oyun)

5 avqust

21:00 AEL (Kipr) – “Qarabağ”

Hakimlər: Qlenn Niberq, Mahbod Beiqi, Andreas Söderkvist, Boyan Panciç (hamısı İsveç)

Larnaka. “AEK Arena”