Tokio Olimpiadası: Rafael Ağayev yarımfinala qrup ikincisi kimi çıxdı - FOTO + YENİLƏNİR
Rafael Ağayev yer aldığı qrupu ikinci yerdə başa vurub.
HerGun.Az xəbər verir ki, o, qrupdakı son görüşündə əsas rəqibi, ikiqat dünya və beşqat Avropa çempionu Luici Buzaya (İtaliya) 1:3 hesabı ilə uduzub.
Bununla da Rafael Ağayev qrupu altı xalla ikinci yerdə başa vurub. Onun yarımfinaldakı rəqibi A qrupunun lideri Qabor Harşpataki (Macarıstan) olacaq.
14:25
Rafael Ağayev Tokio Olimpiadasında azı bürünc medalı özünə təmin edib.
HerGun.Az xəbər verir ki, o, qrupda Nurqanad Ajikanova (Qazaxıstan) 3:2 qalib gəlib və yarımfinala vəsiqəni rəsmiləşdirib.
Bu isə o deməkdir ki, Rafael Ağayev azı bürünc medalı qazanıb.
13:50
Rafael Ağayev çıxış etdiyi qrupda ikinci qələbəsini qazanıb.
HerGun.Az xəbər verir ki, o, Avstraliyanı təmsil edən yapon əsilli Suneri Yahiroya 5:0 hesabı ilə qalib gəlib.
Hazırda Rafael Ağayev və italiyalı Luici Buza qrupda ilk iki sırada qərarlaşıb və yarımfinala yüksəlmək üçün yaxşı şans əldə ediblər.
12:34
Azərbaycan karateçisi Rafael Ağayev Tokio Olimpiadasında mübarizəyə başlayıb.
HerGun.Az-ın xəbərinə görə, 75 kq çəki dərəcəsində yarışan Rafael Noa Biçlə (Almaniya) qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, onun növbəti rəqibi Suneari Yahiro (Avstraliya) olacaq. Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.
Səbuhi Musayev