60 milyon dollarlıq sərvəti olan Britni Spirsin ilk iPad sevinci - VİDEO

04:20 07-08-2021 598

Bu il 40 yaşı olacaq amerikalı müğənni Britni Spirs həyatında ilk “iPhone”a sahib olduğu üçün uşaq kimi sevinir.

Bunu tanınmış ifaçının öznünün “Instagram” hesabından paylaşdığı görüntülərdən də aydın görmək olur.

Qeyd edək ki, uşaq vaxtından “arı kimi” işləyən Britni Spirs 60 milyon dollarlıq sərvətə sahibdir. Bununla belə, onun bütün mal varlığı qəyyumu olan atasının himayəsindədir.

Bundan başqa, ifaçı öz həyatı və mülkiyyəti üzərində də nəzarət imkanını itirib. Uzun illərdir ki, o, maşın sürə və övladları ilə atasının izni olmadan görüşə bilmir.