BDU-nun müəllimi vəfat edib - FOTO

09:20 07-08-2021 503

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi Qızılgül Ağami qızı Əhmədova vəfat edib.

Bu barədə universitetin rəsmi “Facebook” səhifəsi xəbər yayıb.

Bildirilib ki, o, 79 yaşında dünyasını dəyişib.

Qızılgül Əhmədova 1961-1969-cu illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1969-cu ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1984-cü ildən BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi idi.