Tokio Olimpiadası: Bədii gimnastika üzrə qrup komandamız mübarizəni dayandırıb - FOTO

09:40 07-08-2021 503

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Tokio Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

HerGun.Az xəbər verir ki, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət komandamız topla hərəkətlərdə 36,700 xal toplayıb.

Daha sonra komandamız üç halqa və iki cüt gürzlə də bacarığını nümayiş etdirib. Hakimlər bu dəfə onların çıxışını 37,650 xalla qiymətləndirib.

Beləliklə, Azərbaycan komandası iki hərəkətin cəmində 74,350 xalla 14 ölkə arasında 10-cu yeri tutub. Komandamız ilk “səkkizliy”ə düşmədiyi üçün finala yüksələ bilməyib və Olimpiadanı medalsız başa vurub.