Tokio Olimpiadası: Dünya çempionumuz üçüncü görüşdə uduzdu - YENİLƏNİR + FOTO
11:00 07-08-2021 687
İrina Zaretskaya qrupda üçüncü görüşünü keçirib.
HerGun.Az xəbər verir ki, o, Sofya Berultsovaya (Qazaxıstan) 4:5 hesabı ilə uduzub.
İdmançımızın yarımfinala çıxması üçün Məltəm Hocaoğlunu (Türkiyə) məğlub etməsi lazımdır. Hazırda İrina dörd xalla qrupda ikinci yerdədir.
10:28
İrina Zaretskaya Olimpiadanın qrupunda ikinci qələbəsini qazanıb.
HerGun.Az xəbər verir ki, o, ikinci görüşündə Silvia Semeraroya (İtaliya) 3:2 hesabı ilə qalib gəlib.
09:46
Azərbaycan karateçisi İrina Zaretskaya Tokio Olimpiadasına qələbə ilə başlayıb.
HerGun.Az-ın xəbərinə görə, dünya və Avropa çempionumuz ilk görüşdə meydan sahibi Ayumi Uekusa (Yaponiya) ilə qarşılaşıb.
İrina rəqibinə 4:1 hesabı ilə qalib gəlib.
Səbuhi Musayev