Tokio Olimpiadası: Hacı Əliyev Azərbaycana ikinci gümüş medalı qazandırdı

15:20 07-08-2021 418

Azərbaycan Tokio Olimpiadasında gümüş medal qazanıb.

HerGun.Az-ın xəbərinə görə, 65 kq çəki dərəcəsində Rio Olimpiadasının mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev dünya və ikiqat Asiya çempionu Takuto Otoquro (Yaponiya) ilə qarşılaşıb.

Gərgin keçən görüşdə meydan sahibi 5:4 hesabı ilə qalib gəlib.

Bu, Azərbaycanın ikinci gümüş medalıdır.