PSJ Messinin prezentasiyası üçün orijinal yol seçdi

17:40 07-08-2021 709

“Pari Sen-Jermen” (PSJ) ulduz oyunçu Lionel Messinin prezentasiyası üçün Eyfel qülləsindən istifadə edə bilər.

Bu barədə “El Chiringuito” öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, Fransa klubu obyekti avqustun 10-u üçün icarəyə götürüb.

Xatırladaq ki, argentinalı ulduzun illik  maaşla PSJ-də oynayacağı deyilir.