Messi “Nou Kamp”da böyük mətbuat konfransı keçirəcək

22:00 07-08-2021 417

Argentinalı ulduz futbolçu Lionel Messi “Barselona” klubundan ayrılması ilə əlaqədar böyük mətbuat konfransı keçirəcək.

Bu barədə idman jurnalisti Fabrisio Romano özünün “Twitter” səhifəsində məlumat verib.

Jurnalistin iddiasına görə, L. Messi mətbuat konfransında Kataloniya klubundan ayrılmasının səbəblərini izah edəcək və gələcək karyerasına dair suallara aydınlıq gətirəcək.

Mətbuat konfransı “Barselona”nın “Nou Kamp” stadionunda keçiriləcək.

Qeyd edək ki, Fransa mediasının bu gün yaydığı xəbərə əsasən, 16 ildən sonra “Barselona” ilə yollarını ayıran Lionel Messi PSJ ilə anlaşıb.