ABŞ-ın “qara siyahı”sına düşən şirkətlərin sayı artdı

02:18 22-06-2019 822

ABŞ “Huawei”-in ardınca daha beş Çin şirkətini “qara siyahıya” saldı. 

Bloomberg”-in məlumatına əsasən, məhdudiyyətlər altına düşən şirkətlərə ABŞ malları və xidmətlərini əldə etmək qadağa olunub.

Ticarət Nazirliyinin “qara siyahısı”na “Chengdu Haiguang Integrated Circuit”, “Chengdu Haiguang Microelectronics Technology”, “Higon”, “Sugon” və Tszyannan kompüter texnologiyaları universiteti salınıb. 

Nazirliyin bəyanatında bildirilir ki, bu şirkətlər “böyük ehtimalla” ABŞ milli təhlükəsizliyinə və xarici siyasi maraqlarıına zidd olan işlərə ya cəlb olunacaq, ya da artıq olunublar.
Qeyd edək ki, bu şirkətlərlə yalnız müvafiq lisenziya alan ABŞ şirkətləri əməkdaşlıq edə biləcəklər.