MDB ölkələri Tokio Olimpiadasında: Azərbaycan sıralamanın mərkəzində qərarlaşıb

16:40 08-08-2021 417

Tokio Yay Olimpiya Oyunları başa çatıb.

Xəbər verdiyimiz kimi, Azərbaycan Olimpiya Komandası 44 idmançı ilə qatıldığı dördilliyin ən böyük idman yarışını 7 medalla başa vurub.

İdmançılarımız üç gümüş, dörd bürünc medal əldə edibsə, qızıl medal bu dəfə təmsilçilərimiz üçün əlçatmaz olub.

İştirakçı ölkələrin ümumi siyahısında Azərbaycan 67-ci yeri tutub.

Maraqlıdır ki, Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan 15 ölkənin sıralamasında Azərbaycan komanda hesabında tən ortada, 8-ci sırada qərarlaşıb.

Cəmi 71 (onlardan 20-si qızıl) medal əldə etmiş Rusiya Olimpiya Komitəsinin (ROK) komandası birincidirsə, heç bir növdə fəxri kürsüyə yüksələ bilməmiş Qırğızıstan idmançıları sonuncu pillədə yer alıblar.

Azərbaycan komandası isə həm medalların əyarına, həm də medal sayına görə (7-4) Ermənistanı geridə qoymağı bacarıb.

Maraqlıdır ki, idmançılarımız medalların ümumi sayına görə, MDB ölkələri arasında Belarusla birlikdə 5-6-cı pillələri bölüşdürür.

Bizdən daha yüksəkdə isə Rusiya, Ukrayna, Gürcüstan və Qazaxıstan var.

Komandaların ümumi sıralamasını təqdim edirik:

1. Rusiya 20 28 23

2. Özbəkistan 3 0 2

3. Gürcüstan 2 5 1

4. Ukrayna 1 6 12

5. Belarus 1 3 3

6. Estoniya 1 0 1

7. Latviya 1 0 1

8. Azərbaycan 0 3 4

9. Ermənistan 0 2 2

10. Qırğızıstan 0 2 1

11. Litva 0 1 0

12. Türkmənistan 0 1 0

13. Qazaxıstan 0 0 8

14. Moldova 0 0 1

15. Tacikistan 0 0 0