SOCAR Ukraynada yeni yanacaqdoldurma məntəqəsi açdı - FOTO
14:36 15-08-2019 703
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynanın paytaxtı Kiyevdə yeni yanacaqdoldurma məntəqəsi açıb.
Bu barədə Trend-ə “SOCAR Energy Ukraine” şirkətindən məlumat veriblər.
Yeni məntəqə Stoliçnoye şosse, 100 ünvanında yerləşir.
Yanacaqdoldurma məntəqəsində A-92, A-95, eləcə də, Nano-A 98, A 95, “Diesel Nano” və “Diesel Nano Extra” yanacaqları müştərilərə təklif olunacaq.
Bu stansiya SOCAR-ın Ukraynada sayca 60-cı yanacaqdoldurma məntəqəsidir.