“Neftçi”nin futbolçusu: “Helsinkidə bizi çətin oyun gözləyir”

21:00 11-08-2021 446

“Bizi çətin oyun gözləyir. Çalışacağıq ki, məşqçinin tapşırıqlarını dəqiqliklə yerinə yetirək”.

HerGun.Az-ın Helsinkiyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bu fikirləri “Neftçi”nin futbolçusu Sezar Mesa Kolli Finlandiyada HİK-ə qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Yarımmüdafiəçi paytaxt təmsilçisində özünü yaxşı hiss etdiyini bildirib:

“Məşqçilər və futbolçulardan çox razıyam. Sabah da əlimdən gələni edəcəyəm ki, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirim. Komandaya xeyir vermək istəyirəm”.

Qeyd edək ki, HİK – “Neftçi” oyunu sabah Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək. İlk matçda qalib müəyyənləşməyib – 2:2.

Səbuhi Musayev, Helsinki