İlham Əliyev: “Ermənistan bizə mina xəritələri təqdim edib, onların dəqiqliyi 25 faizdir”

21:20 14-08-2021 418

Prezident İlham Əliyev “CNN Türk”ə müsahibəsində Ermənistanın işğaldan azad edilən ərazilərin mina xəritələrini verməkdən imtina etməsinə diqqət çəkib.

HerGun.Az-ın məlumatına əsasən, İlham Əliyev Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqliyinin şübhə doğurduğunu bildirib.

“Ermənistan bizə mina xəritələri təqdim edib, onların dəqiqliyi 25 faizdir”, - deyə İlham Əliyev əlavə edib.

Qeyd edək ki, Ermənistan Ağdam, Füzuli və Zəngilanın mina xəritələrini Azərbaycana verib. 

Aqşin Kərimov