ABŞ və Fransanın Əfqanıstandakı səfirlikləri fəaliyyətlərini Kabil hava limanında davam etdirir

20:40 15-08-2021 323

ABŞ və Fransanın Əfqanıstandakı səfirləri diplomatik korpusların yerləşdiyi binalardan təxliyə edilərək Kabildəki hava limanına gətiriliblər.

Bu barədə CNN məlumat yayıb.

Məlumata əsasən, artıq Kabildəki prezident sarayına daxil olan “Taliban” üzvləri hava limanını ara-sıra atəşə tuturlar.

Məhz bu səbəbdən, ABŞ-ın əlavə qüvvələri hazırda Türkiyə hərbçiləri ilə ortaq nəzarət altında olan hava limanı istiqamətində irəliləyir.

ABŞ və Fransa səfirliklərinin isə fəaliyyətlərini Kabil hava limanında davam etdirdikləri bildirilir.