Həbib Nurməməhəmmədov özündən daha üstün döyüşçünün adını açıqladı

06:40 16-08-2021 408

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Henri Sexudonu özündən daha üstün döyüşçü adlandırıb.

Bu barədə o, həmkarının “Instagram” səhifəsində yazıb.

“Düzünü desəm, sənin səviyyən məndən daha üstündür. Bilirsənmi niyə? Hər şey Olimpiadanın qızıl medalı ilə bağlıdır. Bu, tamamilə başqa səviyyədir. Belə uğur hər bir idmançının arzusudur”, - Həbib Sexudonun postunu şərh edib.

Qeyd edək ki, Sexudo 2008-ci ildə sərbəst güləş üzrə Pekin Olimpiadasının qızıl medalını qazanıb.