İnsan izdihamı Kabil hava limanına axışır - VİDEO

09:40 16-08-2021 399

ABŞ ordusu böyük bir kütlənin uçuş-enmə zolağına çıxdığı Kabil hava limanında havaya atəş açıb.

Bu barədə “Frans-Press” agentliyi məlumat yayıb.

Belə ki, ABŞ Əfqanıstanda olan vətəndaşlarını təxliyə edərkən havaya xəbərdarlıq atəşi açmağa məcbur olub.

Məlumat üçün qeyd edək ki, ABŞ-ın və Fransanın Əfqanıstandakı səfirliyi fəaliyyətlərini Kabil hava limanında davam etdirirlər.