Dünya çempionatının ilk azərbaycanlı iştirakçısı - FOTO

11:00 16-08-2021 379

Yarım əsrdir keçirilən IRONMAN (dəmir adam) - triatlon idman növü üzrə yarışların builki dünya çempionatı ABŞ-da təşkil olunacaq. Dünya çempionatına qatılan idmançılar il ərzində təşkil olunan digər beynəlxalq yarışlarda göstərdikləri nəticələrə əsasən çempionata vəsiqə qazanırlar.

Belə ki, ölkəmizi triatlon üzrə keçirilən 70.3 IRONMAN Dünya Çempionatında ilk dəfə olaraq azərbaycanlı idmançı və eyni zamanda iş adamı Aydın Kərimov (“METAK” şirkətinin direktoru) təmsil edəcək. IRONMAN uzun məsafəyə ən ağır idman növü sayılır. IRONMAN 3 qayda üzrə, fasiləsiz - 3,8 km açıq suda üzmə, 180 km velo yürüş və 42,2 km məsafəyə qaçışdan ibarətdir. Ortalama bu kimi məsafələr 10-15 saat ərzində qət edilir.

Aydın Kərimov ilk zamanlar sağlamlıq üçün başladığı bu idman növünü zaman keçdikcə həyat tərzi dərəcəsinə  çatdırmışdır və 3 ildir ki, müxtəlif ölkələrdə beynəlxalq yarışlara qatılaraq ölkəmizi təmsil edir.

Aydın Kərimov öz müsahiblərində dəfələrlə ailə, iş həyatı və idmanın bir arada idarə edilməsinin vaxt və fiziki baxımdan çətinliyini vurğulayıb, buna baxmayaraq, o, zamanın düzgün idarə edilməsi yolu ilə bu problemin həll edilə biləcəyini qeyd edib.

İdmançılarımız vətənimizin şərəfini Tokio Olimpiadasında qoruyarkən, digər idmançılarımız da, başqa beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil ediblər. Estoniyada yenicə keçirilmiş IRONMAN yarışında 12 idmançımız, o cümlədən də Aydın Kərimov ölkəmizi qürurla təmsil edib, uğurlu nəticələrlə vətənə dönüblər.

Ölkəmizi bütün beynəlxalq yarışlarda qürurla təmsil edib, bayrağımızı ucaldan hər bir idmançımıza uğurlar arzulayırıq!

https://ironman.az/ 
https://www.instagram.com/aydin.karimov/
https://www.youtube.com/watch?v=77MhtqIG2ok&t=19s