Mahir Emrelidən polşalı azarkeşlərin alqışını qazanan addım - VİDEO

12:20 16-08-2021 424

Millimizin futbolçusu Mahir Emreli Polşa çempionatının “Varta” – “Legiya” oyunundan sonra azarkeşlərin alqışını qazanan addım atıb.

HerGun.Az-ın xəbərinə görə, futbolçu Poznandakı matçdan sonra “Legiya”nın Mavrikidən olan müdafiəçisi Lindsey Rozun formasını geyinən uşağı qucağına götürərək varşavalı azarkeşlərin qarşısına gətirib.

Həmin azyaşlı da futbolçularla birgə qələbəni qeyd edib.

Onu da bildirək ki, bu matçda “Legiya” 2:0 qalib gəlib. Mahir Emreli bu matçın 75-ci dəqiqəsində portuqaliyalı hücumçu Rafa Lopesin yerinə meydana daxil olub.

Səbuhi Musayev