Mbappe PSJ-dən ayrılmaq istəyir: Messi və Ramosun olduğu məclisə getmədi

16:00 16-08-2021 394

PSJ-nin yarımmüdafiəçisi Ander Errera avqustun 14-də 32 yaşını qeyd edib.

Gazeta.ru-nun məlumatına görə, doğum günündə PSJ-nin bir çox ulduzu, hətta yeni transferlər Lionel Messi, Serxio Ramos, Əşrəf Hakimi və Jorjino Veynaldum da iştirak edib.

Bununla belə, mətbuatın diqqətini Kilian Mbappenin məclisdə iştirak etməməsi çəkib. Fransalının PSJ ilə yollarını ayırmaq istədiyi və karyerasına Madrid “Real”ında davam etməyi hədəflədiyi bildirilir.