Mərakeş millisi “Neftçi”dən oyunçu çağırdı - FOTO

22:00 16-08-2021 441

“Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin Mərakeş milli komandasına dəvət olunub. 

25 yaşlı futbolçu millinin DÇ-2022-nin seçmə mərhələsi matçlarından əvvəl keçiriləcək seleksiya xarakterli yoldaşlıq oyunlarında iştirak edəcək.

O, yığma komandanın düşərgəsinə avqustun 30-da qoşulacaq.

Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş Buqrin “Neftçi”nin heyətində meydana çıxdığı 35 oyunda 5 qola imza atıb.