Məhəmməd Əlinin peşəkar karyerasına nokautla başlayan nəvəsi: “İrs davam edir” - VİDEO

04:00 17-08-2021 479

Amerikalı boksçu Niko Əli Uolş peşəkar rinqdə ilk qələbəsindən sonra duyğularını bölüşüb.

O, özünün “Instagram” hesabından bildirib ki, babası - boks əfsanəsi Məhəmməd Əlinin “hekayəsini” davam etdirdiyi üçün qürurludur.

“Mənə dəstək olan hər kəsə təşəkkür edirəm! Mən ilk və son dəfə peşəkar bir döyüşçü olaraq babamın şortunu geyinərək, onu da özümlə rinqə gətirdim. İndi deyə biləcəklərimlə böyük qürur duyuram: İrs davam edir!”, - deyə o, sosial şəbəkə hesabında bildirib.

Xatırladaq ki, Niko Əli Uolş bir gün əvvəl həmyerlisi Cordan Uiksi ilk raundda bir dəqiqədən də az müddətdə texniki nokautla məğlub edib.