Bu mövsüm Azərbaycan Premyer Liqasında VAR ola bilər

16:00 17-08-2021 408

Cari mövsüm Azərbaycan Premyer Liqasında VAR sistemi (video köməkçi hakim) tətbiq oluna bilər.

HerGun.Az xəbər verir ki, avqustun 19-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçiriləcək. İclasın gündəliyinə 2022-ci ilin fevral ayından etibarən Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiqi məsələsi də salınıb.

Bundan başqa, gündəlikdə Azərbaycan Premyer Liqası hakimləri ilə bağlı “Peşəkar hakim” sisteminin tətbiqi, növbəti mövsüm (2022/2023) üçün “Klubların lisenziyalaşdırması üzrə qaydalar”ın təsdiqi və digər məsələlər olacaq.

Qeyd edək ki, sentyabrdan etibarən Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində keçirdiyi görüşlərdə VAR sistemi tətbiq olunacaq.

Səbuhi Musayev