Tramp ittihama cavab verdi: Mən o qadını tanımıram

04:54 22-06-2019 1148

ABŞ prezidenti Donald Tramp yazıçı və jurnalist Cin Kerrolun ittihamlarına cavab verib. Belə ki, Kerrol özünün yeni kitabında ABŞ liderini ona təcavüz etməkdə ittiham edib. 

“Mən o insanı heç zaman görməmişəm. O, sadəcə özünün yeni kitabını satmağa çalışır. Həmin kitabı yalnız bədii ədəbiyyat bölməsində satmaq lazımdır. Əgər kimsə Demokratik partiyanın Kerrol və ya “New York Magazine” ilə işləməyi ilə bağlı məlumata malikdirsə, bizə bu barədə mümkün qədər tez xəbər versin. Dünya nəyin baş verdiyini bilməlidir. İnsanlar belə ittihamlara görə ağır cəza almalıdırlar”, - deyə ABŞ liderinin Ağ ev tərəfindən yayılmış bəyanatında deyilir. 

Xatırladaq ki, Cin Kerrolun kitabının ABŞ prezidentindən bəhs edən hissəsi “New York Magazine” jurnalında dərc edilib. O bildirib ki, hadisə 25 il öncə Manhettendə “Bergdorf Goodman” mağazasının soyunma otağında baş verib. O zaman C.Kerrol polisə məlumat verməyib, lakin sirrini iki rəfiqəsi ilə paylaşıb. Rəfiqələri onun dediklərini təsdiqləyiblər.