Göbələklərin planet üçün universal bir xilas olduğu ortaya çıxdı - FOTO/VİDEO
Universal və tamamilə bioloji parçalana bilən material kimi göbələklər dünyanı qlobal istiləşmədən xilas etməyə və minerallara əsaslanan xammaldan imtina etməyə kömək edəcək.
Bu barədə “Deutsche Welle” xəbər yayıb.
Məlum olub ki, göbələklərdən ev tikmək, mebel yığmaq və ayaqqabı tikmək üçün istifadə edilə bilər.
This is what the biodegradation process looks like with our mycelium-based MycoFlex material over 4 weeks. Charlotta Aman designed and hand made eco-friendly slippers with only sustainable materials. The mycelium-based foam material broke down completely, leaving zero waste. pic.twitter.com/86oqvHzUc7
— Ecovative (@ecovative) July 22, 2021
Göbələk yetişdirmək xüsusi xərc tələb etmir - çox yer tutmur, demək olar ki, su tələb etmir, zibil və kənd təsərrüfatı yan məhsullarından qidalanır, eyni zamanda onları toksinlərdən təmizləyir. Miselyumdan (göbələk) demək olar ki, hər şeyi - ayaqqabıdan tabutlara, qablaşdırmadan dayanıqlı tikinti materiallarına qədər hər şey hazırlamaq mümkündür.
Hollandiyalı dizayner və tədqiqatçı Maurisio Montalti artıq 10 ildir miselyumla işləyir. O, 2018-ci ildə “Mogu” şirkətini qurub. Burada mebel və dayanıqlı səs udma piltələr də daxil olmaqla göbələk əsaslı məhsullar istehsal edilir. Montalti miselyumu qarğıdalı tullantılarında, düyü samanında, istifadə olunmuş qəhvə çöküntüsündə, dəniz yosunlarında və hətta molyusk çanaqlarında yetişdirir.