Tokioda Paralimpiya Oyunları əleyhinə etiraz aksiyası keçirilib – VİDEO

02:40 25-08-2021 392

Tokioda Paralimpiya Oyunları əleyhinə mitinq təşkil edilib.

“RİA Novosti” xəbər verir ki, aksiya zamanı polislə toqquşmalar baş verib.

Etirazçılarla asayiş keşikçilərinin qarşıdurmasında bir nəfər xəsarət alıb.

Qeyd edək ki, Paralimpiya Oyunlarına bugün start verilib. Yarışlarda 162 ölkəni təmsil edən 4400 idmançı iştirak edir.

Onlar sentyabrın 5-dək 22 idman növündə 539 medal dəsti uğrunda mübarizə aparacaqlar.