Türkiyəli voleybolçuların Avropa çempionatındakı qələbə seriyası davam edir

07:20 01-09-2021 407

Türkiyənin qadın voleybolçularının Avropa çempionatındakı qalibiyyət seriyası davam edir.

HerGun.Az xəbər verir ki, “Sultanlar” bu dəfə 1/4 final mərhələsində Polşanı 3:0 hesabıyla məğlub edərək yarımfinala yüksəliblər.

Xatırladaq ki, bundan əvvəl Türkiyə millisi D qrupu çərçivəsində keçirdiyi bütün oyunlarda qələbə qazanıb. Xanımlar Niderland, Rumıniya, Ukrayna, İsveç və Finlandiya seçmələrinə qalib gəliblər. 1/8 finalda isə “sultanlar” Çexiya yığmasından üstün olublar.

Qeyd edək ki, qadınlar arasında voleybol üzrə builki Avropa Çempionatı Serbiya, Rumıniya, Xorvatiya və Bolqarıstanın birgə ev sahibliyi ilə təşkil olunub.