Ukraynada Azərbaycan əsilli güləşçiyə mənzil verildi - FOTO

20:40 01-09-2021 809

Bu yaxınlarda başa çatmış Olimpiya Oyunlarında Ukraynanı təmsil edən və gümüş medal qazanan yunan-roma güləşçisi, həmyerlimiz Pərviz Nəsibov dövlət tərəfindən mənzillə təmin olunub.

Bu barədə o, özünün “Instagram” səhifəsində yazıb.

23 yaşlı idmançı göstərilən qayğıya görə Zaporojes vilayəti administrasiyasına, xüsusən də vilayət qubernatoruna təşəkkür edib.