Harri və Meqan ekoloqları qəzəbləndirdilər

04:54 17-08-2019 899

Sasseks hersoq və hersoginyası İbiza şəhərinə “Gulfstream 550” biznes təyyarəsində uçduqları üçün Böyük Britaniyadan olan aktivist-ekoloqların tənqid atəşinə tuş gəliblər.

Bu barədə The Sun xəbər verir.

Bildirilir ki, təbiət müdafiəçilərinin qəzəblənməsinə “Gulfstream 550”nin havanı “Airbus A319” sərnişin təyyarəsindən bir neçə dəfə daha çox çirkləndirməsi səbəb olub.

Fəallar əvvəllər Şahzadə Harrinin ətraf mühitin qorunması problemlərinə tez-tez diqqət yetirdiyini, lakin monarxın sözləri ilə əməllərinin uzlaşmadığını vurğulayırlar.

Qeyd edilir ki,  uçuş cütlüyün “Instagram səhifəsində təbiətə qayğı göstərilməsinin vacibliyi haqqında post peyda olandan bir ay sonra baş tutub.

Sasseks ailəsinin İspaniyaya Marklın ad gününü qeyd etmək üçün yollandığı bildirilir.