Belçikalı paralimpiyaçı xəstəxanaya yerləşdirildi

18:40 02-09-2021 490

Belçikalı tennisçi Yoaxim Jerar ürək problemləri səbəbindən çərşənbə günü Yaponiyada Paralimpiya Kəndində xəstəxanaya yerləşdirilib.

Bu barədə Belçikanın Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Sentyabrın 1-də 32 yaşlı idmançı huşunu itirib. O, dərhal xəstəxanaya çatdırılıb və orada özünə gəlib. Tennisçinin ilkin müayinələrinin nəticələrinə əsasən, həkimlər bu qərara gəliblər ki, ürək problemləri onun bayılmasına səbəb ola bilər.

Jerar əlavə müayinə üçün xəstəxanada qalacaq.

Belçikalı dünya üçüncüsüdür və eyni zamanda 2016 Paralimpiya Oyunlarının bürünc medalçısıdır. Hazırkı Tokio Paralimpiadasında yarışmanın üçüncü turunda mübarizədən kənarlaşdırılıb.