Qəza törədərək qaçan sürücü saxlanılıb - VİDEO/FOTO

06:18 17-08-2019 682

Bakının Nəsimi rayonunda baş verən qəzada 1 nəfər yaralanıb.

HerGun.Az bildirir ki, hadisə Abbasqulu Ağa Bakıxanov küçəsində baş verib.

Hüseyn Məmmədov idarə etdiyi "VAZ 2114" markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olan zaman qadın sürücünün idarə etdiyi "Infiniti" markalı avtomobilə çırpılıb.

Hadisə zamanı “VAZ 2114”ün sürücüsü H.Məmmədov yaralanıb. Buna baxmayaraq, o, hadisə yerindən yayınıb.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Polis əməkdaşları xəsarət alaraq qaçan sürücünü saxlayıb.

İdarədən verilən ilkin məlumata görə, sürücü sərxoş vəziyyətdə olub.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli