Mancukiç özünə məktub yazaraq karyerasını başa vurdu – FOTO

00:40 04-09-2021 424

Xorvatiyalı hücumçu Mario Mancukiç karyerasını başa vurduğunu elan edib.

O, bu barədə özünün “Instagram” səhifəsində yazıb.

Futbolçu səhifəsində özünə yazdığı məktubunu dərc edib.

35 yaşlı Mancukiç həyatının növbəti futbol fəslini səbirsizliklə gözlədiyini bildirib.

Qeyd edək ki, xorvat hücumçu karyerası ərzində “Bavariya”, “Yuventus”, “Atletiko” və “Milan” kimi nüfuzlu klublarda çıxış edib.

O, 2018-ci ildə Xorvatiya yığmasının heyətindən Dünya çempionatının gümüş medalçısı olub.