LaLiqa tarixində ən gec qol vurulub
20:20 12-09-2021 458
İspaniya çempionatının dördüncü turu çərçivəsində son çempion “Atletiko” “Espanyol”la qarşılaşıb.
Matç gərgin mübariz ilə yanaşı, LaLiqa tarixində ən gec vurulan qolla yadda qalıb.
Belə ki, 2:1 hesabıyla madridlilərin qələbəsiylə bitən oyunda sonuncu qol 99-cu dəqiqədə (98:55) vurulub.
Havbek Toma Lemar “Atletiko”nun qələbəsini təmin edən qolu “Espanyol”un qapısından keçirib.
Mənbə: Sports.ru