Amerikalı aparıcı təyyarə qəzası nəticəsində ölüb - FOTO

07:54 18-08-2019 793

Amerikalı aparıcı Nensi Parker Yeni Orleanda təyyarə qəzasında ölüb.

NBC-nin məlumatına görə, hadisə aparıcı havada çətin manevrlər edən pilot haqqında reportaj hazırlayarkən baş verib.

Teleşirkətin məlumatına görə, reportajın qəhrəmanı Parker da bu aviaqəza nəticəsində həlak olub.

Təyyarənin Yeni Orleanın hava limanı yaxınlığında sahəyə düşdüyü bildirilir. Hazırda qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.