Qəbələdə moruq yığan şəxs dağdan yıxıldı

19:54 18-08-2019 544

Qəbələdə moruq yığan şəxs dağdan yıxılıb.

HerGun.Az xəbər verir ki, hadisə rayonun Kanat xətti adlanın dağlıq ərazisində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Abdullayev Ədalət Nadir oğlu yıxılaraq ayağını sındırıb.

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri zərərçəkmiş şəxsi xilas edərək dağdan endirib və TTY briqadasına təhvil verib.