Ermənistan Rusiyaya ən çox borcu olan ölkələrdən biridir

09:45 19-08-2019 800

Rusiyaya ən çox borcu olan MDB ölkələri Belarus, Ukrayna və Ermənistandır.

RBK xəbər verir ki, 17 dövlət Rusiyaya ümumilikdə 27 milyard dollar borc qaytarmalıdır.

Belarus, Ukrayna və Ermənistanın Rusiyaya müvafiq olaraq 7,5 milyarddan çox, təqribən 3,7 milyard dollar və 300 milyon dollar borcu var.

MDB-dən kənarda isə Rusiyaya ən çox borcu ölkələr isə Venesuela və Kubadır.