Zəhərli ilanla “fokus” həyatı bahasına başa gəldi – VİDEO

03:40 25-09-2021 495

Sosial şəbəkələrdə bir kişinin zəhərli ilanı udmaq fəndi ilə bağlı video yayılıb. Tryuk iki dəfə baş tutsa da, üçüncüdə ilan 55 yaşlı kişinin dilindən sancıb.

Kişi xəstəxanaya çatdırılb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, kiçik ilanları udmaq tryuku Rusiyanın Həştərxan vilayəti üçün yeni bir şey deyil - bəzi yerli sakinlər bu bacarıqları ilə lovğalanırlar və turistləri şoka salırlar. Ancaq bir qayda olaraq, bunun üçün “sehrbazlar” təhlükəsiz ilanlardan istifadə edirlər.

Mənbə: “Astarxan 24”