ÇL: Madriddə fiasko, son dəqiqələrdə qələbəni əldən verən “Milan” - VİDEO
Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Madridin “Real” klubu gözlənilmədən evdə Moldavanın “Şerif” klubuna 1:2 hesabı ilə məğlub olub.
“Şerif” heyətində Casur Yaxşiboev(25-ci dəqiqədə) və Sebastyan Till (89-cu dəqiqədə) rəqib qapısına yol tapıb.
Karlo Ançelottinin rəhbərlik etdiyi klubun heyətində isə Kərim Benzema penaltidən fərqlənib(65-ci dəqiqədə).
Turun mərkəzi qarşılaşması A qrupunda baş tutub.
PSJ Fransada turnirin son finalçısı olmuş İngiltərənin "Mançester Siti" klubunu qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada son nöqtəni qoyan Lionel Messi Paris təmsilçisində ilk qolunu vurub.
Bu qrupun digər matçında Almaniya "Leyptsiq"i evdə Belçikanın "Brügge" komandasına uduzub - 1:2.
Daha bir maraqlı görüş B qrupunda İtaliyanın "Milan" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında olub.
Bu oyunda qonaqlar qalib gəliblər - 1:2. İngiltərə "Liverpul"u isə Portuqaliyada "Portu"nun qapısından 5 top keçirib - 5:1.