Gəncə sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb
23:40 29-09-2021 513
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
HerGun.Az xəbər verir ki, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb.
1978-ci il təvəllüdlü Əliyev Asif Abbas oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, A.Əliyev tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.