PSJ “çərçivə”yə düşə bilmədi, “Renn” iki dəqiqəyə məsələni həll etdi - VİDEO

17:20 03-10-2021 501

Fransa Liqa 1-də IX turun oyunları davam edir.

HerGun.Az xəbər verir ki, bu tura qədər maksimum nəticə toplayan PSJ səfərdə “Renn”lə qarşılaşıb.

Geridə qalan 8 oyunda rəqib qapılarına ümumilikdə 22 qol vuran parislilər bu matçda “çərçivə”yə doğru bir dəqiq zərbə belə vurmadan məğlub olublar.

“Renn” isə ilk hissənin sonuncu, ikinci hissəinin isə ilk dəqiqəsində vurduğu qollarla doğma meydanda 3 xal qazanıb.

Fransa, Liqa 1
IX tur

“Renn” – PSJ – 2:0
Qollar:
Laborde, 45, Tait, 46

Matçın qollarını təqdim edirik: