Ramzan Kadırov Zabit Səmədovu təbrik etdi - FOTO/VİDEO

16:40 05-10-2021 424

“MMA gecəsinin ən diqqətçəkici məqamı əziz qardaş, “Axmat” Döyüş Klubunun təmsilçisi, kikboksinq üzrə dünya ulduzu Zabit (Mauqli) Səmədov və rəqibi Fransadan olan Didye arasında K-1 qaydaları əsasında keçirilən əsas döyüş idi”.

HerGun.Az-ın xəbərinə görə, bunu Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov deyib.

O, azərbaycanlı kikboksçu Zabit Səmədovu dünən Qroznıda Fransa döyüşçüsü Nayf Didye üzərində qazandığı qələbə münasibətilə təbrik edib:

“Artıq ikinci raundda Zabit Səmədov bu görüşün müqəddəratını müəyyənləşdirdi. O, döyüşü texniki nokautla başa vuraraq, rəqibinə qələbə üçün heç bir şans vermədi.

Çeçenistan klubunun bütün nümayəndələrini inamlı qələbələri münasibətilə təbrik edirəm. Oktaqonda onlara yeni zəfərli çıxışlar arzulayıram”.

Səbuhi Musayev